Naxçıvanda saç ustası salona gələn qadına bıçaqla hücum etdi - GÖRÜNTÜLƏR
Naxçıvan şəhərində iki qadın arasında yaranan mübahisə dava ilə başa çatıb. Gözəllik salonlarının birində qeydə alınan hadisə zamanı müştəri ilə saç ustası arasında əvvəlcə söz davası çıxıb. Ardınca, gözəllik salonunun əsəblərini cilovlaya bilməyən işçisi bıçaqla digər xanımın üzərinə hücum edib. Hadisənin səbəbləri tam məlum olmasa da, münaqişənin qısqanclıq zəminində baş verdiyi bildirilir.