Naxçıvanda şadlıq sarayında yanğın olub – APA TV

Naxçıvanda toy keçirilən restoranda yanğın olub.

Hadisə Naxçıvan şəhərində fəaliyyət göstərən restoranda qeydə alınıb. Əraziyə dərhal Dövlət Yanğından Mühafizə Hissəsinin yanğından mühafizə bölmələri cəlb olunub. Vətəndaşlar binadan təxliyə olunub. Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində alov ram edilib.

Olay nəticəsində xəsarət alan olmayıb.

Müəllif | Apa.Tv
Apa.tv