Naxçıvanda şəhid ehtiramla qarşılandı

Sentyabrın 19-da qanunsuz erməni silahlı birləşmələri tərəfindən törədilən terror aktı nəticəsində həlak olmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin polis serjantı Əsgərov Ələsgər Zakir oğlunun cənazəsi Naxçıvana gətirilib. Naxçıvan Beynəlxalq Hava Limanında polis serjantı Ələsgər Əsgərovun cənazəsinin qarşılanma mərasimi olub. Polis serjantı Ələsgər Əsgərovun üçrəngli bayrağımıza bükülmüş cənazəsi polis əməkdaşlarının müşayiəti ilə mərasim yerinə gətirilib. Prezidentin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli polis serjantı Ələsgər Əsgərovun ailə üzvləri ilə görüşərək başsağlığı verib.

Müəllif | Apa.Tv
Apa.tv