Naxçıvanda snayper hazırlığı - TƏLİM BİTDİ
Naxçıvan Qarnizonu qoşunlarında növbəti snayper hazırlığı kursu uğurla başa çatıb.
APA TV-nin Müdafiə Nazirliyinə istinadən məlumatına görə, bu münasibətlə keçirilən mərasimdən əvvəl Türkiyə və Azərbaycanın Dövlət himnləri səsləndirilib.
Çıxış edənlər kursu müvəffəqiyyətlə bitirən məzunları təbrik edərək hər iki ölkə arasında mövcud olan hərbi əməkdaşlığın və snayper hazırlığı kursunun əhəmiyyətindən danışıb.
Sonda məzunlara sertifikat və hədiyyələr təqdim edilib, kurs birincisi tərəfindən xatirə lövhəsinə buraxılış emblemi vurulub.