Naxçıvanda xanəndə darvaza oğurlayıb pizza aldı

Naxçıvan Muxtar Respublikasının Culfa şəhərində 2003-cü il təvəllüdlü S.Novruzlu oğurluq edib.Teleqraf.com-un əldə etdiyi məlumata görə, S.Novruzlu 15 fevral 2023-cü ildə Culfa şəhərində yerləşən “Qapıcıq-Culfa” yeməkxanasının həyətindən dəmir qapını oğurlayıb.Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci (xırda talama) maddəsi ilə ittiham elan edilib. İş üzrə təqsirli bilinən S.Novruzlu bildirib ki, Culfa şəhərində yaşayır, Naxçıvan Musiqi kollecində xanəndəlik ixtisası üzrə təhsil alır. O bildirib ki, darvazanı sataraq 8 manat 20 qəpik əldə edib. Həmin pulla pizza və qazlı içki alıb. Bu işə Culfa rayon Məhkəməsində baxılıb. Məhkəmə araşdırması zamanı zərərçəkmişə dəymiş ziyan ödənilib. Bu səbəbdən zərərçəkmiş S.Novruzludan şikayətçi olmayıb. Məhkəmənin qərarı ilə S.Novruzlunun barəsində olan inzibati protokol üzrə icraata xitam verilib və o, məsuliyyətdən azad edilib.

Müəllif | Apa.Tv
Apa.tv