Naxçıvanda yarım milyona evlər satılır

Naxçıvan Muxtar Respublikasında daşınmaz əmlak qiymətində artım müşahidə olunur.

Maklerlər bildirir ki, qiymətlər ötən illərlə müqayisədə 5-10 faiz artıb. Bu artım həm mənzillər, həm də fərdi yaşayış evlərində müşahidə olunur. Bir otaqlı bina evlərinin qiyməti 40-45 min manat, həyət evlərinin qiyməti isə 70-90 min manatdan başlayır.  Naxçıvanda evlər var ki, satış qiyməti yarım milyondur.  Maklerlər bildirir ki, normal həyət evinin qiyməti 200 mindir.

Fərdi yaşayış evlərində qiymətlərin qalxması daha çox Türkiyədə baş verən zəlzələ ilə bağlıdır. İndi insanlar mənzilləri sataraq bu tipli evlərə üstünlük verirlər. Bununla yanaşı qiymət artımının bir səbəbi də evlərin, xüsusən bina evlərinin azlığıdır.

Evlərin alqı-satqısındakı qiymət artımı kirayə bazarına da təsirsiz ötüşməyib. İndi Naxçıvanda bir mənzildə kirayə qalmaq istəyirsənsə, ayda 450-700 manatından keçməlisən.

Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətimin Daşınmaz əmlak məsələləri şöbəsinin müdiri Əkbər Əliyev deyir ki, ötən illərlə müqayisədə indi sənədləşmə işləri xeyli artıb.

Maklerlər bildirir ki, yay aylarına doğru Naxçıvanın əmlak bazarında aktivlik artır.

 

 

Ceyhun Məmmədov, Əli Xudiyev, APA TV

 

 

Müəllif | Apa.Tv
Apa.tv