Naxçıvanda yaşayan nigeriyalı tələbə ilə azərbaycanca söhbət

Nigeriyalı Jozef artıq 5 ildir ki, Naxçıvanda yaşayır. Burada yaşamasına səbəb təhsil üçün Naxçıvanı seçməsi olub.

Jozef artıq Azərbaycan dilini də öyrənib. Əcnəbi tələbə burada öz istedadını da kəşf edib. İndi Jozef tibbi təhsil almaqla yanaşı, həm də musiqi ilə məşğuldur. Jozef kimi burada təhsil alan digər əcnəbi tələbələr də Naxçıvanı çox sevirlər. Onlar deyir ki, buradakı təhsilin səviyyəsi qədər, Naxçıvanın insanlarının münasibəti də onları bura gətirən amillərdən olub.

Son 5 ildə Naxçıvan Dövlət Universitetinə müraciət edən və burada təhsil alan xarici tələbələrin sayı çoxluq təşkil edir. Hazırda Naxçıvanda dünyanın 7 ölkəsindən 1700-dən çox tələbə təhsil alırlar.

Müəllif | Apa.Tv
Apa.tv