Naxçıvandakı bu yaylağın ərazisində üzən ada var
Bura təmiz havası, mineral suları, müalicəvi əhəmiyyətli bitkiləri ilə seçilən Batabat yaylağıdır. Batabat Şahbuz rayonu ərazisində yerləşir. Yaz və yay aylarında yaşıllığa qərq olan Batabatda 3 böyük göl var. Bu göllər dağlardan süzülüb gələn saf, təmiz, sərin sularla qidalanır. Göllərdə süzən ördəkləri isə sadəcə seyr etmək kifayətdir. Batabatı digər yaylaqlardan fərqləndirən cəhət təkcə gözəlliyi yox, həm də üzən adasının olmağıdır.