Naxçıvandan olan sabiq məmur məhkəmədə öldü

Bakı Ağır Cinayətlər Məhkəməsində təqsirləndirilən şəxs məhkəmə zalında vəfat edib.

 

Bu barədə APA-ya vəkil Adəm Məmmədov xəbər verib.

 

Cinayət Məcəlləsinin dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə maddəsi ilə təqsirləndirilən 1960-cı il təvəllüdlü Şamil Qədimovun ürək tutmasından keçindiyi bildirilib.

 

Məlumata görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə onun qəflətən halı pisləşib.

 

Şamil Qədimov həbsdə deyilmiş.

 

Lent.az-ın əldə etdiyi məlumata görə, Şamil Qədimov Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin sabiq əməkdaşı olub. O, dələduzluqda təqsirləndirilirmiş.

 

Müəllif | Apa.Tv
Apa.tv