Naxçıvanın Baş naziri istefaya göndərildi
Naxçıvan Muxtar Respublikasının Baş naziri Səbuhi Məmmədov vəzifəsindən azad olunub. Bununla bağlı Naxçıvan MR Ali Məclisi qərar qəbul edib. Ali Məclisin digər qərarı ilə Ceyhun Cəlilov MR-in yeni Baş naziri təyin olunub. Qeyd edək ki, Ceyhun Cəlilov indiyədək Naxçıvan MR əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsində çalışıb.
Ceyhun Məmmədov, Əli Xudiyev, APA TV