Nazir müavini: "EuroHome"da baş verən yanğın tam məhdudlaşdırılıb”
"EuroHome" Ticarət Mərkəzində baş verən yanğın tam məhdudlaşdırılıb”.
APA TV-nin hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə, bunu jurnalistlərə açıqlamasında Fövqəladə Hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev deyib.
O qeyd edib ki, yanğının söndürülməsi məqsədilə hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin 1 ədəd "BE-200ÇS" tipli təyyarəsi, 3 helikopter, 250-dən çox canlı qüvvə cəlb olunub.
"Həyata keçirilən tədbirlər nəticəsində yanğın tam məhdudlaşdırılıb", - deyə nazir müavini vurğulayıb.