Nazir müavini: “Ölkəyə idxal olunan şprislər...”

“Ölkəyə idxal olunan şprislərlə bağlı Səhiyyə Nazirliyinin müvafiq qurumlarına tapşırıq verilib”.

APA TV-nin məlumatına görə, Səhiyyə nazirinin müavini Elsevər Ağayev həmçinin, şprislərin sterilliyinin yoxlanıldığını, bunun standartlarının da müəyyənləşdirildiyini deyib: “3 hissəli şprislərə heç bir qadağa yoxdur. Bu cür şprislər bütün dünyada istifadə olunur. Buna görə də 3 hissəli şprislərin saxta olması iddiası ilə əhalini yanlış yola yönəltmək düzgün deyil. Azərbaycanda istehsal olunan şprislər müasir tələblərə görə 2 hissəlidir. Bu şprislərin standartları Azərbaycanın müvafiq institutu tərəfindən təsdiqlənib”.

Nazir müavini qeyd edib ki, apteklərdə yoxlamalar zamanı onlardan nümunələr götürülür və sterilliyi Səhiyyə Nazirliyinin laboratoriyaları tərəfindən bir daha yoxlanılır. Nazir müavini deyir ki, bundan sonra şprislərin fiziki parametrləri də yoxlanılacaq.

Müəllif | Apa.Tv
Apa.tv