Nazirlər Kabineti: “Həm Türkiyə, həm də Azərbaycan Çin istehsalı peyvənd alıb”
“Azərbaycanda son qapanmadan sonra müsbət nəticələr özünü göstərir. Müharibə dövründə koronavirusa yoluxmaların sayında artım müşahidə edilirdi”.
APA TV-nin xəbərinə görə, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov TRT Avaz-a müsahibəsində deyib.
O qeyd edib ki, Azərbaycan artıq koronavirus pandemiyası ilə mübarizədə növbəti mərhələyə qədəm qoyur.
“Həm Türkiyə, həm də Azərbaycan Çin istehsalı peyvənd alıb”, - deyən İbrahim Məmmədov gələn həftədən ölkəmizdə vaksinasiyaya başlanılacağını qeyd edib.