Nazirlik: Bu il 1500 şəhid ailəsinə mənzil veriləcək
“Dövlət başçısının tapşırığına uyğun olaraq, şəhid ailəsi və Qarabağ müharibəsi əlilləri üçün bu il üçün də icra edilməkdədir. Bu il rekord sayda, yəni 1500 şəhid ailəsinə mənzil veriləcək".
APA TV-nin məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov deyib.
O bildirib ki, 2020-ci ildə artıq 1100-dən artıq mənzil şəhid ailələrinə təqdim edilib və ilin sonuna qədər bu proses davam edəcək: “Həmçinin müharibə əlillərinə 400 avtomobilin verilməsi nəzərdə tutulub”.
Şöbə müdiri bildirib ki, son bir həftədə şəhid ailələrinin 1200 nəfərinə pensiya və müavinət və təqaüdlər müəyyən edilib: “Bununla yanaşı, erməni təcavüzü nəticəsində təsərrüfatına ziyan dəyən ailələrə də dəstək layihəsi həyata keçirilir. Həmin ailələrin özünü məşğulluğu ilə bağlı tədbirlər görülür".
Bundan başqa, nazirlik şəhid ailələrinə psixoloji dəstəklə təminatı istiqamətində də işlər həyata keçirir.