Nazirlik hər şeyi sabahın ümidinə qoyub

Sumqayıt Dövlət Dram Teatrının aktyorları əməkhaqlarını almaqda çətinliklərlə üzləşiblər. Onlar bildirir ki, bunun esas səbəbi teatrının 7 aydır rəhbərsiz qalmasıdır. Sözügedən teatrının aktyorlarının APA TV-nin yerli bürosuna verdiyi məlumata görə, 7 aydır əməkhaqlarını vaxtında ala bilmirlər. Hətta bəzi aktyorlar teatra gəlmək üçün yol pulu tapmadığından tamaşalara vaxtında çata bilmirlər. Aktyorların sözlərinə görə, teatrda vəziyyət heç də ürək açan deyil. Hazırda sözügedən teatrın aktyorları əməkhaqlarının vaxtında ala bilmədikləri üçün kütləvi şəkildə Mədəniyyət nazirliyinə videomüraciət ünvanlayıblar. Video müraciətin bu gün səhər saatlrında ünvanlanmasına baxmayaraq Mədəniyyət Nazirliyindən münasibət öyrənməyə çalışdığımız zaman qurumun sözcüsü Nuridə Allahyarova bildirdi ki, məsələ ilə bağlı növbəti gün ərzində açıqlama veriləcək. Görünür qurum aktyorların maaşlarını da sabah ödəniləcək vədləri ilə bu günə kimi yubadıb. Əks halda 7 aydır mövcud olan problemlə bağlı açıqlama vermək üçün növbəti günün səhərinə ehtiyac olmazdı. Ramil Zeynallı Əli Əliyev APA TV

Müəllif | Apa.Tv
Apa.tv