Nazpəri Dostəliyevanın oğlu ilə vida mərasimi keçirildi

Xalq artisti Nazpəri Dostəliyevanın ötən gün dünyasını dəyişən oğlu Əli Quliyevlə vida mərasimi keçirilib.

 

APA TV-nin məlumatına görə, vida mərasimində doğmaları, incəsənət adamları və media nümayəndələri iştirak edib.

 

Daha sonra xalq artistinin oğlunun nəşi dəfn olunmaq üçün Qaradağ rayonun Səngəçal qəsəbəsindəki qəbiristanlığa aparılıb.

 

Qeyd edək ki, 41 yaşlı Əli Quliyev ötən gün günorta saatlarında ürək tutmasından dünyasını dəyişib.

 

Həmidağa Məcidov,

Faiq Həsənov,

APA TV

Müəllif | Apa.Tv
Apa.tv