Nə qədər Ukraynalı həlak olub?

Son iki gündə müharibədə həlak olan ukraynalıların sayı açıqlanıb.

 

APA TV-nin “Reuters”ə istinadən xəbərinə görə, Ukraynanın səhiyyə naziri bildirib ki, ən azı 198 ukraynalı həlak olub, onlardan üçü uşaqdır.

 

Xəsarət alanların sayı isə 1115 nəfərdir, onlardan 33-ü uşaqdır.

 

Nazirin yalnız mülki itkiləri nəzərdə tutduğu məlum deyil.

 

Müəllif | Apa.Tv
Apa.tv