Neft kəskin ucuzlaşdı – DÜNYA BAZARINDA ZƏLZƏLƏ

Dünya bazarında neftin qiymətlərində kəskin ucuzlaşma qeydə alınıb.

 

APA TV-nin xəbərinə görə, London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin may müqaviləsinin dəyəri 26,31% azalaraq 1 barelə görə 33,36 dollar təşkil edib.

 

Nyu-Yorkun NYMEX əmtəə birjasında apreldə ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri 27,86% azalaraq 29,78 dollar təşkil edib.

 

Bu, son 1991-ci ildə baş verən Körfəz müharibəsində üzü bəri ən kəskin ucuzlaşma sayılır. Bu cür şok ucuzlaşmanın ilk səbəbi Səudiyyə Ərəbistanı ilə Rusiya aarsında gedən qiymət müharibəsidir. Belə ki, Rusiya hasilatı azaltmaq barədə Səudiyyə Ərəbistanının təklifini rədd edib. Buna cavab olaraq Səudiyyə Ərəbistanı hasilatı artırmağa qərar verib və müştərilərə son 20 ilin ən ucuz neftini təklif etməyə başlayıb. Məqsəd Moskvanı təkrar masaya oturtmaqdır.

 

Ekspertlərin fikrincə, koronavirusun Avropa və ABŞ-da yayılmağa davam etməsi də hazırda neftin qiymətinə mənfi təsir edən amillərdən biridir. Əsas fundamental problem isə dünya iqtisadiyyatının artım tempinin zəifləməsi və yanacağa tələbatın aşağı düşməsidir.

Müəllif | Apa.Tv
Apa.tv