Neft sənayesi işçiləri TƏLTİF EDİLDİ

Prezident İlham Əliyev Azərbaycan Respublikasının neft sənayesi işçilərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb.

 

APA TV xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə Məmmədov Tapdıq Səməd oğlu 3-cü dərəcəli “Əmək” ordeni ilə, Abdullayeva Dilarə Ağalar qızı, Ağayev Elçin İbarət oğlu, Aydınov Zaur Asif oğlu, Azakov Siyavuş İsfəndiyar oğlu, Bunyadov Elşən Akif oğlu, Dadaşlı İsa Rəhim oğlu, Əbilova Arzu Kərim qızı, Əliməmmədov Mehman Məmməd oğlu, Əliyev Nüsrət Şıxalı oğlu, Forrester Skott, Henderson Nayl Köri, Heydərov Elxan Vahab oğlu, İlter Mustafa Mesut, İsmayılov İlham Əmirxan oğlu, İsmayılova Şəfəq İsrafil qızı, Məhərrəmov Samir Fazil oğlu, Məmmədov Əbdülhüseyn Asaf oğlu, Mirzaliyev Elman Zərqulu oğlu, Moylayeva Səbinə Dəmir qızı, Mustafayev Nəcəf Lətif oğlu, Orucov Rövşən Həsən oğlu, Şexmametyev Rəşid İbrahimoviç, Şəfiyev Vüsal Məmmədəli oğlu isə “Tərəqqi” medalı ilə təltif ediliblər.

 

Dövlət başçısının digər sərəncamı ilə Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Counz Robert Qəri “Dostluq” ordeni ilə təltif edilib.

 

Müəllif | Apa.Tv
Apa.tv