Neftçalada binada yanğın - SAKİNLƏR TƏXLİYƏ EDİLDİ

Neftçalada 4 mərtəbəli binada güclü yanğın baş verib.

 

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, yanğın 44 mənzilli binanın elektrik naqillərində baş verən qısaqapanmadan yaranıb.

 

Hadisə zamanı dördmərtəbəli binanın dam örtü yanmağa başlayıb. Fövqəladə Hallar Nazirliyinin Neftçala və Salyan rayon Dövlət Yanğından Mühafizə hissələrinin yanğınsöndürənləri və texnikası olay yerinə cəlb olunub. Bina sakinləri təxliyə edilərək yanğın söndürülüb. Hadisə zamanı xəsarət alan olmayıb.

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv