Neftçalada itkin düşən kişini arvadının öldürərək yandırdığı məlum olub

Neftçalada itkin düşən şəxsin həyat yoldaşı tərəfindən öldürülərək basdırdığı məlum olub.

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, bu ilin mayın 17-də 1960-cı il təvəllüdlü Lerik rayon sakini, Şahzadə Məhərrəmova kənd icra nümayəndəliyinə müraciət edərək qeyri-rəsmi nikahda yaşadığı həyat yoldaşı. Neftçala rayon Aşağı Surra kənd sakini, 1956-cı il təvəllüdlü Qalib Əsgərovun 11 may tarixindən itkin düşməsi barədə məlumat verib.  

Neftçala Rayon Polis Şöbəsi və rayon Prokurorluğu tərəfindən aparılan əməliyyat-istintaq tədbirləri nəticəsində məlum olub ki, itkin düşən Qalib Əsgərovu onun 15 il qeyri-rəsmi nikahda yaşadığı həyat yoldaşı Şahzadə Məhərrəmova qətlə yetirib.

Belə ki, may ayının 5-də içki məclisindən sərxoş vəziyyətdə evə qayıdan Qalib Əsgərovu həyat yoldaşı yatdığı yerdə küt alətlə başından vuraraq qətlə yetirib. Qadın daha sonra meyiti yaşadıqları həyətdə basdırıb və izi itirmək üçün basdırılan yerin üstündə tonqal qalayıb. Bütün bunları edən Şəhzadə Məhərrəmova izi itirmək üçün ərinin itkin düşməsi barədə icra nümayəndəsinə məlumat da verib.

Qalib Əsgərov bundan əvvəl bir neçə dəfə evli olub. Mərhumun qardaşı İlqar Əsgərov deyir ki, onun sonuncu nikahdan övladı olmayıb: “Övladları yoxdur. 15 il idi ki, ailəli idilər. Oturub uşaqlarla yeyib-içib gəlib dədəm evinə. Mübahisə ediblər. Arxası ilə gedib yatdığı yerdə nəyləsə başından vurub. Həyətində bağda basdırıb. 16 gün idi itkin idi”.

Faktla bağlı cinayət işi açılıb, istintaq davam etdirilir.

Əlibəy Zeynallı,

Elçin Həsənov,

APA TV

Müəllif | Apa.Tv
Apa.tv