Neftçalada partlayış: 1 nəfər yandı, 3 avtomobilə və 7 mənzilə ziyan dəydi

Neftçalada mənzildə qaz sızmasından partlayış olub, bir nəfər yanıq xəsarəti alıb.

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə ötən axşam Neftçala şəhəri Heydər Əliyev prospektində yerləşən yaşayış binasında, 1932-ci il təvəllüdlü İmanova Bacıbacı Allahverdi qızına məxsus mənzildə baş verib.

Partlayış nəticəsində ev sahibi 3-cü dərəcəli yanıq xəsarətləri ilə Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Partlayışın gücündən blokda yerləşən 7 mənzilə və binanın qarşısında dayanan 3 avtomobilə də ciddi ziyan dəyib, qonşu binalardakı mənzillərin şüşələri sınıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv