Neftçalada qadın traktor təkərinin altında qalaraq öldü
Neftçalada qadın traktor təkərinin altında qalaraq ölüb.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə Neftçala rayonunun Ərəbqardaşbəyli kəndində qeydə alınıb.
Fermalardan birində çalışan kənd sakini, 1965-ci il təvəllüdlü Zeynəb Heydər qızı Həsənova ehtiyatsızlıqdan traktor təkərinin altında qalaraq ölüb. Qadının meyiti Salyan morqunda müayinə olunduqdan sonra yaxınlarına təhvil verilib.
Faktla bağlı Neftçala polis şöbəsi tərəfindən araşdırma aparılır.