Neftçilər üçün tətbiq olunan güzəştlərdə ayrı-seçkilik var - Sahib Alıyev

“Bizim vətəndaşlarımız arasında I qrup əlillərin pensiya almasında problem var”.

APA TV xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında deputat Sahib Alıyev deyib.

 

Deputat bildirib ki, onlardan 5 il əmək stajı tələb olunur: “Təbii ki, anadangəlmə əlil olan, çox erkən yaşda əlil olan insanın 5 il sığorta stajının olması mümkünsüzdür. Təklif edirəm ki, bu, aradan qaldırılsın. Eyni zamanda Vətən müharibəsi dövründə erməni təcavüzü nəticəsində mülki insanlar arasında da əlil olanlar var. Onların sayı elə də çox deyil. Ona görə də büdcə üçün bu güzəştin edilməsi elə böyük yük olmayacaq”.

 

Müəllif | Apa.Tv
Apa.tv