Nənə və nəvəni maşın vurdu: biri öldü, digəri... - HACIQABULDA

Hacıqabulda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, qəza dekabrın 31-də rayonun Pirsaat kəndi ərazisində baş verib.

 

“Mercedes” markalı 99 LS 412 dövlət nömrə nişanlı minik avtomobili yolu keçən 2 nəfəri vurub. Nəticədə Qubalı-Baloğlan kənd sakini, 68 yaşlı Əsgərova Sitarə Səftərxan qızı hadisə yerində ölüb, nəvəsi - 29 yaşlı Əsgərova Füruzə Absalam qızı isə Şirvan şəhər xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv