Nərimanov rayonunda maşın qaçıran şəxslər tutuldu

Paytaxtda maşın oğurlayan şəxslər saxlanılıb.

 

DİN mətbuat xidmətindən APA TV-yə daxil olan məlumata görə, Nərimanov rayonunda Eldəniz Təhməzova məxsus “VAZ-2106” markalı avtomobil naməlum şəxslər tərəfindən qaçırılıb. 

 

Rayon Polis Şöbəsinin Cinayət Axtarış Şöbəsi və 17-ci Polis Şöbəsi əməkdaşlarının “isti” izlərlə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Balaxanı qəsəbəsi sakinləri Elgün Heydərov və Məmmədbağır Qasımov saxlanılaraq istintaqa cəlb olunub.

 

Araşdırma zamanı müəyyən edilib ki, onların məqsədi avtomobili qaçırandan sonra sökərək hissələrə ayırıb satmaq olub. Qaçırılan nəqliyyat vasitəsi Elgün Heydərovun yaşadığı evin həyətindən aşkar olunaraq götürülüb.

 

Faktla bağlı toplanan materiallar araşdırılması üçün Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.

Müəllif | Apa.Tv
Apa.tv