“Nərimanovdan Elçibəyə qədər hamısı İlham Əliyevin qələbəsindən pay götürə bilər”
“Nərimanovdan Elçibəyə qədər hamısı İlham Əliyevin qələbəsindən pay götürə bilər”
“Prezident İlham Əliyev təkcə torpaq savaşını və düşmənlə davanı qazanmayıb, həm də 200 ildir, məğlub olan bütün liderlərin yarımçıq qalan missiyasını qələbə ilə sona çatdırıb”.
APA TV-nin məlumatına görə, Milli Məclisin bu gün keçirilən iclasında deputat Zahid Oruc deyib.
O, diqqətə çatdırıb ki, indi Pənahəli xandan Rəsulzadəyə, Nərimanovdan Elçibəyə qədər hamısı İlham Əliyevin qələbəsindən pay götürə bilər:
“O, Heydər Əliyevin bioloji varisi olmaqdan çox, Azərbaycan xalqının övladıdır. Milli və siyasi öndəri olan bir ölkənin hərbi lideri yalnız müstəqillikdən 30 il sonra, 2020-ci ilin 8 noyabrında rəsmiləşdi. Müstəqillik qazanandan bu yana bir xalqın düşüncəsinə hakim kəsilən “Biz kiçik xalqıq, çünki “Böyük Ermənistan” var” deyimi tarixi qələbədən sonra “Biz böyük millətik və ermənilər zəifdir” hökmü ilə əvəzlənib”.