15:03 5 avqust 2022 227
Ana səhifə Xəbərlər

Nəşəli halda polisdən qaçmağa çalışdı, maşını aşırdı

Başqa nəqliyyat vasitəsinə məxsus dövlət qeydiyyat nişanlarından istifadə etməklə avtomobili narkotik vasitənin təsiri altında idarə edən və yol polisinin qanuni tələbinə əməl etməyən sürücü həbs edilib. DYP-dən APA TV-yə verilən məlumata görə, belə ki, Bakı şəhər sakini Əbdüləli Quliyev “Chevrolet” markalı avtomobili müvafiq sənədləri olmadan, eləcə də avtomobilin üzərinə başqa nəqliyyat vasitəsinə məxsus 90-SR-036 dövlət qeydiyyat nişanı bağlayaraq idarə etdiyinə görə Baş Dövlət Yol Polisi İdarəsinin stasionar postunda saxla işarəsi verilmiş, lakin o, tabesizlik göstərərək hərəkətini davam etdirmişdir. Görülən tədbirlər nəticəsində nəqliyyat vasitəsi DYP əməkdaşları tərəfindən saxlanılmış, sürücünün hərəkətləri şübhə doğurduğu üçün onun tibbi müayinədən keçməsi təmin olunmuşdur. Müayinə zamanı Əbdüləli Quliyevin narkotik maddə qəbul etməsi aşkar edildiyi üçün barəsində müvafiq sənədləşmə aparılmış və toplanmış materialar baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə o inzibati qaydada həbs edilib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın