Nəsimi rayonunda quldurluq və oğurluq edənlər yaxlandı

Nəsimi rayonu ərazisində metronun “20 Yanvar” stansiyasının yaxınlığında  taksi fəaliyyəti ilə məşğul olan Rüfət Yunusova qarşı quldurluq edilib.

 

DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, naməlum şəxs  sürücünü kəsici alətlə hədələyərək zərərçəkənin 100 manatını ələ keçirib. Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Cəlilabad rayon sakini Qurban Rzayev saxlanılıb.

 

Polis əməkdaşları tərəfindən keçirilən daha bir tədbir zamanı isə paytaxt sakini Telman Mirbabayevin cibindən içərisində 305 manat olan rul kisəsini oğurlayan Sabunçu rayon sakini İbrahim Əliyev saxlanılıb.

 

Faktla bağlı cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.

Müəllif | Apa.Tv
Apa.tv