Nəşləri 30 il sonra Xocavənddə tapıldı

 

993-cü ildə itkin düşən Hüseynov Əli Heydər oğlunun nəşi 30 ildən sonra işğaldan azad edilmiş ərazilərdə qazıntı işləri aparılarkən tapılıb. Bu barədə H. Əlinin qardaşı oğlu, jurnalist və yazıçı Tağı Kərimli sosial media hesabında məlumat yayıb. O bildirib ki, əmisi bir neçə gün öncə Xocavənd rayonunun Edilli kəndi ərazilsindəki kütləvi məzarlıqda tapılıb. Kimliyi müəyyən edilən meyit qalıqlarından biri isə Məmmədov Əsəd Məmməd oğluna məxsusdur. 1966-cı il təvəllüdlü hərbçi Ə.Məmmədov Ağstafa rayonunun, Eynallı kənd sakini olub. O, 30 il əvvəl Füzuli rayonunun Kürdmahmudlu kəndində itkin düşüb.

Müəllif | Apa.Tv
Apa.tv