Nigeriya sahillərində girov götürülən 15 türkiyəli dənizçi xilas edildi

Nigeriya sahillərində heyət üzvləri dəniz quldurları tərəfindən girov götürülən 15 türkiyəli dənizçi xilas edilib.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, bu barədə CNN Türk televiziyası məlumat yayıb.

 

Bildirilib ki, hazırda Nigeriyada olan dənizçilərin səhhəti normaldır. 

 

Qeyd edək ki, bu il yanvarın 23-də Türkiyə şirkətinə məxsus “Motsart” adlı gəmiyə Nigeriya sahillərində dəniz quldurları tərəfindən hücum edilib. Gəmidə olan 19 nəfərdən 15-i girov götürülüb, 1 nəfər öldürülüb, 3 nəfər isə gəmidə qalıb. Öldürülən azərbaycanlı mühəndis Fərman İsmayılovun cənazəsi Azərbaycana göndərilərək doğulduğu Siyəzən rayonunda dəfn edilib.

 

Müəllif | Apa.Tv
Apa.tv