Nikol komandasına istefaya getməyəcəyinə söz verib

Ermənistanın baş naziri Nikol Paşinyan yaxın çevrəsində olanlara bəyan edib ki, istefaya getməyəcək. Bu fikirlər “Hraparak” qəzetində dərc olunan məqalədəndir. Nəşr yazıb ki, ötən gecə hökumət binası yaxınlığında baş tutmuş etiraz aksiyaları fonunda Paşinyan dar çevrədə görüş təşkil edib və onlara istefa verməyəcəyini, nəyin bahasına olursa-olsun hakimiyyəti saxlayacağına söz verib. Məqalə müəllifi qeyd edib ki, baş nazirin bu qərarından sonra meydanda təhlükəsizlik qüvvələri etirazçılara qarşı daha sərt tədbirlərə əl atıb. Xatırladaq ki, İrəvanda kütləvi etirazlar sentyabrın 19-da, Azərbaycan Ordusu Qarabağda antiterror əməliyyatlarına start verəndən sonra başladı. Vətəndaşlar Ermənistan hökumətini dövlətə xəyanətdə ittiham edərək Nikol Paşinyanın istefasını tələb edirlər.

Müəllif | Apa.Tv
Apa.tv