Nişanına gedə bilmədi, şəhid oldu - Şəhid Şəhriyar Əliyevin hekayəsi

Sevdiyi qıza nişan aparmağa hazırlaşırdı. 28 sentyabr atasının ad günü ilə nişan gününü eyni günə salmışdı. Ancaq şəhid oldu. Söhbət antiterror tədbirləri zamanı Ağdərə-Xankəndi yolunda şəhid olan 1997-ci il təvəllüdlü Şəhriyar Əliyevdən gedir. Şəhidin nəşi əvvəlcə Zabrat qəsəbəsinə yaşadığı evə gətirilib cənazə namazı qılındıqdan sonra, Sabunçu rayonu Şəhidlər Xiyabanında dəfn edilib. Dəfndə şəhidin yaxınları, dostları və rəsmilər iştirak edib. Əmisi şəhidlə bağlı xatirələrini bizimlə bölüşüb. Dəfndən sonra şəhidimizin yas mərasiminə, onun yaşadığı evə getdik. Şəhidin qonşuları, dostları ilə söhbətimiz zamanı Şəhriyarın necə vətənpərvər, cana yaxın oğlan olduğunu bildirdilər. Şəhriyarın illər öncə anası rəhmətə gedir, qardaşını da tok vurma nəticəsində itirir. Ailəsindən sadəcə atası və bacısı qalıb. Atası nə qədər ağrılı olsa da, oğlu haqqında danışdı. Ailəsinin və dostlarının da dediyi kimi Şəhriyar Əliyev ən böyük arzusuna çatdı, şəhid oldu. Ruhu şad olsun. AYNUR QARA VÜSAL BAYRAMOV APA TV

Müəllif | Apa.Tv
Apa.tv