Nişanlı qızın cehizini oğurlayan: “Peşmanam ki, evdəki televizoru oğurlaya bilmədim”

Göyçayda mənzildən oğurluq edən şəxs saxlanılıb.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, Göyçay şəhər sakini Teyyub Nuriyev rayon Polis Şöbəsinə müraciət edərək ona məxsus evdən nişanlı qızı üçün aldığı və ümumi dəyəri 2 min manat olan cehizlik məişət və geyim əşyalarının oğurlandığını bildirib.

 

Keçirilən əməliyyat-axtarış tədbirləri zamanı oğurluğu etməkdə şübhəli bilinən rayon sakini Elxan Məlikov saxlanılaraq istintaqa təhvil verilib.

 

O, cehizlik əşyaları oğurladığını etiraf edib və onları satdığını bildirib. Elxan Əlikov törətdiyi əmələ görə peşman olmadığını bildirib: “Etdiyim əməldən peşman deyiləm. Bircə ona görə peşmanam ki, heyf ki, evdəki televizoru oğurlaya bilmədim”.

 

Məlumata görə, koronavirus məhdudiyyətləri ilə bağlı elan edilən karantinə görə nişanlı qızın toy mərasimi təxirə salınıb, bir müddət sonra cehizləri oğurlanıb.

 

Faktla bağlı araşdırma aparılır.

 

Şahnəzər Bəşirov

APA TV

Müəllif | Apa.Tv
Apa.tv