Nişanlısından gələn mesajlara görə məktub yazıb ÖZÜNÜ ASDI
Salyanda 21 yaşlı qızın intiharının təfərrüatları məlum olub.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, Salyan rayonunun Ərəbqardaşbəyli kəndində 2000-ci il təvəllüdlü Bağırova Könül Şakir qızı yaşadığı evin həyətində yerləşən yardımçı tikilidə rabitə naqili ilə özünü asıb.
Bundan əvvəl nişanlı olan Könül Bağırova nişanlısının qısqanc olması səbəbindən nışanını qaytarıb. Könül Bağırova ikinci dəfə Salyan mühafizə bölməsində polis olan Hidayət adlı şəxslə nişanlanıb.
Məlumata görə, nişan mərasiminə hazırlıqlar ərəfəsində Könül nişanlısı ilə mübahisə edib. Belə ki, nişanlısı Könülə təhqiredici mesajlar yazıb. Bütün bu mesajları qəbul edə bilməyən Könül özünə qəsd edib. İntihar etməzdən əvvəl məktub yazıb: “Heç kimdən şikayətçi deyiləm, mənə görə heç kimi incitməyin”
Hazırda baş vermiş intihar hadisəsi ilə əlaqədar nişanlısı istintaqa cəlb edilib.
Faktla bağlı Salyan prokurorluğunda araşdırma aparılır.