“Niva” ilə avtoxuliqanlıq edən gənclər yaxalandı - XIZIDA

Xızıda avtoxuliqanlıq edən gənclər saxlanılıb.

 

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan APA TV-yə verilən məlumata görə, hüquq-mühafizə əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində paytaxt sakinləri Namaz Rüstəmov, Fəqan Bağırov və Xəyal Qubadov yaxalanıb.

 

Onlar idarə etdikləri “Niva” markalı avtomobillərlə Xızı rayonu ərazisində qarlı hava şəraitində təhlükəli manevrlər edərək, həm özlərinin, həm də digər hərəkət iştirakçılarının həyatları üçün ciddi təhlükə yaradıblar.

 

Yollarda intizamsızlıq edən, yol hərəkəti qaydalarını kobud şəkildə pozan, eləcə də nəqliyyat vasitələrinə konstruksiya dəyişiklikləri edərək idarə edən bu şəxslər barəsində inzibati qaydada protokollar tərtib olunaraq baxılması üçün rayon Məhkəməsinə göndərilib və hər üç sürücü Xızı Rayon Məhkəməsi tərəfindən inzibati qaydada həbs edilib.

Müəllif | Apa.Tv
Apa.tv