Niyə az qala hamının başı ağrıyır? - Əslində səbəb başqa imiş – APA TV
Hər bir insan həyatının müəyyən dövründə stress və gərginliklərlə üzləşir. Son tədqiqatların nəticələrinə əsasən dünya əhalisinin 80-90%-i baş ağrılarından əziyyət çəkir. Səbəblər arasında əsas faktor kimi isə elə stress göstərilir. Ürək xəstəliklərinə bağlı olan ani ölümlərin də kökündə çox vaxt stress dayanır. 2020-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı sadalanan bu hallardan başqa stressi ən böyük psixo-sosial problem kimi səciyyələndirdi. Vətəndaşlar arasında apardığımız sorğu zamanı isə aydın oldu ki, stressin artmasında kimisi maddiyatı, kimisi də elə insanların özünü günahkar bilir.
“Əsas səbəblər işsizliyin olması, qiymətlərin bahalaşmasıdır. Bir insan istədiyi şeyi ala bilməyəndə stressə düşür”.
“İnsanlar bir-birini başa düşmür, digər səbəb isə puldur ”.
“Haqsızlıq, insanları başa düşməmək ” .
“İstidir bizi stressə salan başqa heçnə ” .
“Maddi problemlərdən doğan səbəblərdir. Amma,məncə, biz yaşayırıqsa, bunları gündəlik hadisə kimi qarşılamalıyıq onda stressin dərəcəsi bir az azalır.
“İnsanları stressə salan, məncə, pulsuzluq deyil elə insanın özüdür. İnsan var kasıbdır, amma xoşbəxtdir ”.
“İdeologiya yoxdur, insanlar özünü asır balkondan atır. İdeologiya yoxdur, Sovet dövründə belə deyildi ”.
Psixoloq Vüsalə Əmiraslanova bildirir ki, stressin formalaşdığı zaman kəsiyi məhz yeniyetməlik dövrünə təsadüf edir. Yaranmasına isə müxtəlif amillər səbəb olur.
Bəs stressdən necə qaça bilərik? Psixoloq bunun da bir neçə yolunun olduğunu söylədi.
Sosioloq Üzeyir Şəfiyevin fikrincə isə insanlarda stress yaradan səbəb həyat şərtlərinin çətinliyidir.
Sosioloq bildirir ki, bəzən insanlar düşdüyü stressdən çıxa bilmədikdə hüquq və qaydalara zidd davranışlar sərgiləyirlər.
Mütəxəssislər düşünür ki, əslində ailələrdə psixoloji xidmət düzgün şəkildə qurulsa, stress də cəmiyyətdən uzaq durar. Bu sahədə illərin təcrübəsini qazanmış ekspertlərin az qala yekdil rəyi var: hər şey insanın öz əlindədir. Bu yanaşma elə stressdən qurtulmaqda keçərlidir.
Bir sözlə, stressə düşmək istəmirsinizsə, öncə onu yaradan səbəblərin böyüməsinə imkan verməməlisiniz.
Nərmin Murad
Xəyal İsgəndərov
Kamran Namazov
APA TV