Niyə Azərbaycana təhsil dalınca gələn yoxdur? - APA TV
Ölkəmizdə 51 ali təhsil müəssisəsində 187 min yerli tələbə təhsil alır. Xaricdə təhsil alan tələbələrin sayı isə 41 min 600 nəfərdir. Azərbaycanda təhsil alan xarici tələbələr isə 5 min 600 nəfərdir. Rəqəmlər arasında kifayət qədər fərq var. Çox uzağa getməyək, qardaş ölkə Türkiyədə 185 min xarici tələbə təhsil alır, onlardan da 22 mini Azərbaycanlı tələbələrdir. Amerikaya baxsaq, bu rəqəm 2 milyon təşkil edir. Bəs maraqlıdır, hansı amillər ölkəmizə gələn xarici tələbə axınının qarşısını alır?
Onu da bildirək ki, ali təhsilin, beynəlxalq rəqabətin və reytinqin müəyyənləşdirildiyi alətlərdə yataqxananın olması əsas şərtlərdən biri kimi göstərilir. Azərbaycanda isə 51 universitetin cəmi 10-da yataqxana var. Bu da nəticə etibarı ilə reytinqə öz təsirini göstərir.
Digər səbəb isə universitetlərin beynəlxalq təhsil sərgilərində çox az iştirak etməsidir.
Hazırda xarici ölkədən gələn tələbələr üçün yalnız Neft və Sənaye Universitetinin “Tit” layihəsi çərçivəsində cəmi 1 yataqxanası var. Bir sözlə, mütəxəssislərin fikrincə, xarici tələbələrin ölkəmizdə təhsil almağını istəyiriksə, öncə yaşayış problemi həll olunmalı, daha sonra isə qəbul prosesi sadələşdirilməlidir. Ən əsası isə tədrisin keyfiyyəti yüksəldilməlidir.
Mütəxəssislərin fikrincə, ölkəyə xarici tələbə axını maliyyə dayanıqlığına da müsbət təsir edən amillərdəndir.
Nərmin Murad
Elşən İsmayılov
APA TV