Nizami və Qaradağda narkotik alverçiləri tutuldu - 7 KQ NARKOTİKLƏ

Paytaxtda narkotik maddələrin satışı ilə məşğul olan şəxs saxlanılıb.

 

DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Nizami rayonunda keçirilən əməliyyat zamanı paytaxt sakini Daşqın Axundzadə tutulub.

 

Onun üzərində şəxsi axtarış aparılan zaman 25,870 qram narkotik vasitə olan marixuana aşkar olunub

 

DİN-in əməkdaşı Ağgül Həmdizadənin sözlərinə görə, əməliyyat tədbirlərinin davamı olaraq Daşqın Axundzadənin yaşadığı evdən əlavə 4 kiloqram 575,165 qram narkotik vasitə olan heroin, 2 kiloqram 140 qram güclü təsiredici xassəyə malik psixotrop maddə olan metamfetamin, ümumi çəkisi 27 qram olan 180 ədəd satışı qadağan olunan psixotrop tərkibli “Preqabalin” həbləri və 1 ədəd elektron tərəzi aşkar olunaraq götürülüb.

 

Araşdırma zamanı müəyyən edilib ki, Daşqın Axundzadə şəxsiyyəti istintaqa məlum olmayan İran vətəndaşı ilə əlaqə saxlayaraq ondan narkotik vasitə və psixotrop maddələr əldə edərək satışını həyata keçirib.

 

Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının Qaradağda keçirdikləri növbəti tədbir zamanı isə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Masallı rayon sakini Fərhad Hüseynov saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 1 kiloqram 45 qram heroin aşkar olunaraq götürülüb.

 

Faktla bağlı cinayət işi başlanılıb.

 

Müəllif | Apa.Tv
Apa.tv