“Novruz 2025” düşərgəsindən 700-ə yaxın təhsil işçisi və tələbə faydalanacaq

 

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının (ATİAHİ) Respublika Komitəsi Ramazan ayında Novruz bayramı münasibətilə “Novruz 2025” düşərgəsi təşkil edib.

Düşərgənin ilk 5 günündə məktəbəqədər təhsil müəssisələrində çalışan 350-yə yaxın təhsil işçisi, həssas ailələr və onların övladları iştirak edib. Proqram çərçivəsində müxtəlif rayonlardan olan təhsil işçilərinin iştirakı ilə mədəniyyət və incəsənət tədbirləri, əyləncəli şou proqramlar təşkil olunub. Komanda quruculuğuna dair fəaliyyət istiqamətində əməkdaşlıq və ünsiyyət bacarıqları müzakirə edilib. Həmçinin düşərgə iştirakçıları üçün psixoloji dəstək seminarları keçirilib.

Müəllif | Apa.Tv
Apa.tv