Novruz əhval-ruhiyyəsi Xəzər sularında - DƏNİZÇİLƏR BAYRAMI QEYD EDİR
Yazın gəlişinin simvolu, qədim xalq bayramı sayılan Novruz. APA TV-nin məlumatına görə, artıq dünəndən etibarən ölkə ərazisində qeyd olunan bu mühüm hadisə multikulturallığın ənənəvi nümunəsidir desək, yanılmarıq. Elə həmin ənənəyə sadiq qalaraq Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi mavi Xəzərin qoynunda yaşadıqları bayram-əhval ruhiyyəsi haqqında əyləncəli videoçarx hazırlayıb.