Novxanıda dənizdə batan yeniyetmənin meyiti tapıldı
Abşeron rayonunda bir nəfər dənizdə batıb.
Novxanı kəndinin qeyri-çimərlik ərazisində batan 2004-cü il təvəllüdlü Ağamirzəyev Rasim Sanalı oğlunun axtarışları başa çatıb.
Bu barədə APA TV-yə Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Məlumata görə, Rasim Ağamirzəyevin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.