Novxanıda narkotik yetişdirən şəxs yaxalandı

Abşeron polisi Novxanı kəndində əməliyyat keçirib.

APA TV-nin məlumatına görə, Abşeron rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat istintaq tədbirləri zamanı, Novxanı kənd sakini, 37 yaşlı Fuad Nağıyev  saxlanılıb.

Tutulan şəxsin üzərində külli miqdarda metamfetamin, kakos, heroin və digər narkotik tərkibli maddələr aşkar edilərək maddi sübut kimi götürülüb.

Araşdırma zamanı onun öz həyətyanı sahəsində satmaq məqsədilə 34 ədəd çətənə kolu yetişdirdiyi də məlum olub.

Saxlanılan Fuad Nağıyev deyir ki, narkotik toxumu ona atasından qalıb: “2017-də atam rəhmətə gedib. Toxum qalıb, nəşə toxumu. Əkmişəm, 34 dənə çıxıb. Tutulmuşam üstümdən şey də çıxıb, şüşə də çıxıb, toz da çıxıb. Bir büküm şüşə çıxıb, bir büküm kakos çıxıb. Əməlimə görə də peşmanam”.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır

 

Müəllif | Apa.Tv
Apa.tv