Noyabrda qeyri-iş günlərinin sayı açıqlanıb
Bu ay bayramlarla əlaqədar qeyri-iş günlərinin sayı açıqlanıb.
APA TV xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətindən məlumat verilib. Bildirilib ki, bu ay 4 gün ardıcıl iş olmayacaq.
Nazirlər Kabinetinin qərarına görə bu il noyabrın 7-si iş günü ilə noyabrın 5-i istirahət gününün yerləri dəyişdirilib. Bu, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədi daşıyır. Azərbaycanda 8 Noyabr - Zəfər Günü, 9 Noyabr - Dövlət Bayrağı Günüdür.
Noyabrın 6-sı bazar gününə təsadüf etdiyindən qeyri-iş günüdür. Beləliklə, noyabrın 6, 7, 8 və 9-da ölkədə qeyri-iş günü olacaq.
Bununla da noyabrda həftə sonları ilə birgə 10 gün iş olmayacaq.