Nünberqdə Azərbaycan Ordusuna dəstək məqsədilə aksiya keçirilib

Almaniyadakı azərbaycanlılar Nünberq şəhərinin mərkəzi parklarının birində Ermənistanın hərbi təxribatına etiraz və Azərbaycan Silahlı Qüvvələrinə dəstək məqsədilə böyük aksiya keçirilib.

 

APA TV xəbər verir ki, dövlət himni ilə başlayan aksiyaya Nünberq şəhərində yaşayan çoxlu sayda həmyerlilərimiz qatılıb.

 

“Erməni terroruna son!”, “Qarabağ Azərbaycanındır”, “Xocalıya ədalət” kimi şüarlar səsləndirən vətənpərvər insanlar Qarabağ həqiqətlərini şəhər sakinlərinin diqqətinə çatdırıblar.

 

Mitinqdə çıxış edənlər Qarabağın Azərbaycanın əzəli torpağı olduğunu, Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunduğunu, xalqımıza qarşı Xocalı kimi dəhşətli soyqırımı törətdiyini, dövlət sərhədində yaşayış məntəqələrini artilleriya zərbələrinə məruz qoyduğunu bildirərək, beynəlxalq təşkilatları və dünya ictimaiyyətini işğalçı dövləti cəzalandırmağa, Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasına çağırıblar.

 

 

Müəllif | Apa.Tv
Apa.tv