Nuran Abdullayev: “Avropa xəstəxanalarında da yer tapılmır”
Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev ev şəraitində müraciət alan koronavirus xəstələrinin şikayətləri barədə sualları cavablandırıb.
APA TV-nin məlumatına görə, həkim bildirib ki, bu xəstəliyi yüngül keçirən şəxslərin xəstəxanaya getməsi vacib deyil, bununla onlar xəstəliyi ağır keçirən şəxslərin yerini doldurur. Belə olan halda xəstəxanalardakı çarpayı qıtlığı özünü büruzə verir.