O, Xocalıda hər iki valideynini və 28 qohumunu itirib

Şahin Əzimov Xocalıda hər iki valideynini itirən 25 uşaqdan birdir.  26 Fevral 1992-ci ildə ermənilər atasını, anası və 28 qohumunu qəddarlıqla qətlə yetiriblər. Həmin vaxt onun 17 yaşı olub. Müsahibimiz deyir ki, yağı düşmən Fevralın 25-i axşam saat 10-11  radələrində  366-cı alayın köməyi ilə Xocalı hər tərəfdən zirehli texnikalarla hücuma keçdilər. Artıq ermənilər Xocalı şəhərinə doğru irəliləyirdilər. Düşmən qarşısına çıxan hər kəsi körpə, qadın, qoca olmasına baxmadan hamını gülləyirdi.

 

Düşmən Şahin Əzimovun atasını və anası qətlə yetirdikdən sonra meyitlərinə də işgəncələr verib. Valideynlərinin meyiti 2 gün Xocalıda qalıb. Fevralın 28-də həmin ərazidən atasını, anasını və bir neçə qohumunun meyitini götürərək gətirib Ağdam şəhidlər xiyabanına dəfin ediblər.

 

Şahin Əzimov deyir ki, həmişə arzum olub ki, heç olmasa anamın atamın məzarını ziyarət edim. Ağdam şəhəri işğaldan azad  olunduqdan sonra valideynlərimin və qohumlarımın məzarını ziyarət etdim. Bu da mənim üçün ən böyük təsəllidir.

 

Şahin Əzimov Xocalıdan gədikdən sonra bir neçə gün Ağdam şəhərində daha sonra 1 il Oğuz rayonunda yaşayıb. 1992-ci ilin dekabr ayında uzun müddət Gəncənin Hacıkənd qəsəbəsində, burdan isə Gəncə şəhəri ərazisində salınmış 600 ailəlik qəsəbədə müvəqqəti məskunlaşıb. O deyir ki, 44 günlük vətən müharibəsində ermənilər cəbhə bölgəsindən kənarda yerləşən Gəncədə törədikləri ona Xocalı faciəsini xatırladıb.

 

  Fuad Nazimoğlu

 Mehdi Məmmədov

 APA TV, Gəncə

 

Müəllif | Apa.Tv
Apa.tv