Ödəmə aparatından və oyun zalından oğurluq edən şəxslər tutuldu – MASALLIDA ƏMƏLİYYAT

APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, rayonunun Ərkivan qəsəbəsində yerləşən oyun zalından ümumi dəyəri 1182 manat olan 3 ədəd “Playstation-3” aparatının, həmin aparatlara aid pultların və 1 ədəd qəlyanın oğurlanması ilə bağlı polisə müraciət daxil olub.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin oğurluğu törətməkdə şübhəli bilinən Masallı sakini Yalçın Həşimov saxlanılıb və oğurladığı əşyalar ondan maddi sübut kimi götürülüb.

Keçirilən digər əməliyyat nəticəsində isə rayon ərazisindəki ödəmə aparatlarından birini balta ilə sındıraraq içərisindən 465 manat pul oğurlayan Kamran Xammədov saxlanılıb. Saxlanıldıqdan sonra üzərinə keçirilən baxış zamanı ondan 3 qramdan artıq heroin və oğurladığı pulların bir qismi aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Tural Kərimov

Rövşən Əzimov

APA TV

Müəllif | Apa.Tv
Apa.tv