Ödəmə terminallarını sındıraraq 9187 manat pul oğurladı – GƏNCƏDƏ ƏMƏLİYYAT

Gəncədə ödəmə terminallarından oğurluq edən şəxs saxlanılıb.

 

DİN mətbuat xidmətindən APA TV-nin yerli bürosuna verilən məlumata görə, Gəncə şəhər Baş Polis İdarəsinin (ŞBPİ) Nizami rayon Polis İdarəsinin və “Təhlükəsiz şəhər” xidməti əməkdaşlarının birgə keçirdikləri əməliyyat nəticəsində ödəmə terminallarından oğurluq etməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər də məhkum olunmuş, 29 yaşlı Emin Əsgərov saxlanılıb.

 

Araşdırmalar zamanı məlum olub ki, o, ayrı-ayrı vaxtlarda şəhərin müxtəlif yerlərindəki ümumilikdə 4 ödəmə terminalını sındıraraq  9187 manat nağd pulu oğurlayıb.

 

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Müəllif | Apa.Tv
Apa.tv