Oğlan keçmiş nişanlısını bıçaqladı

Sumqayıtda oğlan keçmiş nişanlısını bıçaqlayıb.

APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə Sumqayıt Dövlət Universitetinin qarşısında baş verib.  Aydan Əliyeva keçmiş nişanlısı Murad Hüseynov tərəfindən bıçaqlanıb. Tələbə qıza 14 bıçaq zərbəsi vurulub. O dərhal Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb və əməliyyat olunub.

Hadisəni törədən şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Sumqayıt Dövlət Universiteti tələbənin bıçaqlanması ilə bağlı məsələyə münasibət bildirib.

APA xəbər verir ki, Universitetin mətbuat katibi Nazxanım Cəlilli Universitetin qarşısında tələbənin bıçaqlanması ilə bağlı məsələyə münasibət bildirirərək deyib ki, IV kurs tələbələri dərsə gəlmir, onlar istehsalat təcrübəsində olurlar: “Məlum hadisə isə aprelin14-də Sumqayıt şəhər Yaşıldərə massivi ərazisində baş verib. Məlumat üçün bildirək ki, Sumqayıt Dövlət Universitetinin Fizika və elektroenergetika fakültəsinin IV kurs (516-cı qrup) tələbəsi Əliyeva Aydan Rövşən qızı aprelin 14-də istehsalat təcrübəsindən qayıdan zaman Sumqayıt şəhər Yaşıldərə massivi ərazisində keçmiş nişanlısı, xalası oğlu tərəfindən bıçaqlanıb. Çoxsaylı xəsarətlər alan qız xəstəxanaya çatdırılıb. Tələbə Əliyeva Aydan Rövşən qızı nümunəvi tələbələrdən biridir. Hazırda vəziyyəti qənaətbəxşdir”.-deyə o qeyd edib

Faktla bağlı araşdırma aparılır.

Ramil Zeynallı, Əli Əliyev APA TV, Sumqayıt

Müəllif | Apa.Tv
Apa.tv